ALPINE RSL 5W30 LA
Açıqlama
Alpine RSL 5W-30 LA benzin və dizel mühərrikli minik avtomobilləri üçün nəzərdə tutulmuş məhsuldarlığı artıran və sürtünməni azaldan hidrokrekinq texnologiyası ilə alınan sintetik mühərrik yağıdır. Bu məhsulun tərkibində kükürd, kül və fosfor aşağı səviyyədədir (aşağı SAP-tərkibli). Ən müasir texnologiya sintezi ilə alınan baza yağları və onlara uyğunlaşdırılmış effektiv əlavələr kompleksi sulfat külünü azaltmağa və mühərrikin yeyilmədən qorunmasını və mükəmməl təmizliyini təmin edirlər. Soyuq mühərrikin asanlıqla işə salınmasını və etibarlı yağlanmasını təmin edir. Məhsul ekstremal yüklənmələr və yüksək temperatur şəraitində etibarlı müdafiəni təmin edir. Alpine RSL 5W-30 LA istənilən əməliyyat şəraitində tətbiq oluna bilər və zərərli qazların emissiyasının azalması sayəsində ekologiyanın qorunmasına şərait yaradır.
Alpine RSL 5W-30 LA xüsusi olaraq his filtrli (DPF) dizel mühərrikləri üçün yaradılmışdır və benzin mühərriklərinin katalitik konvertorları (CAT) ilə istifadə üçün tam uyğundur.
Alpine RSL 5W-30 LA işlənmiş qazların neytrallaşdırılması sistemlərinin istismar müddətini artırır və onların effektivliyini yaxşılaşdırır.
İstehsalçının təlimatlarına riayət edin!
Spesifikasiyalar:
ACEA C3 • API SN/CF
Tövsüyələr:
MB-Freigabe 229.51
MB-Freigabe 229.52
VW Norm 502 00/
505 00/505 01
MB 226.5
GM Dexos 2™
BMW Longlife-04
Renault RN 0700/0710